Avropada zeytun yağı bahalaşa bilər
Avropada zeytun yağının qiymətinin yenidən bahalaşacağı gözlənilir.
Redaktor.az xəbər verir ki, zeytun yağı istehsalçıları qitə üzrə ekstremal istilər, quraqlıq və meşə yanğınları səbəbindən qiymət artımı barədə xəbərdarlıq ediblər.
Məlumata görə, Yunanıstan, İtaliya, Portuqaliya və İspaniyada zeytun bağları davam edən isti hava və yanğınlardan zərər görüb.
Nəşrin məlumatına əsasən, birbaşa yanğından xilas olan ağaclar belə kül və havanın keyfiyyətinin pisləşməsi səbəbindən zərər çəkib. Yüksək temperatur həmçinin zərərvericilərin və müxtəlif xəstəliklərin yayılmasına səbəb olub.
Avropanın əsas zeytun yağı istehsalçısı olan İspaniyada isə quraqlıq səbəbindən məhsuldarlığın azalacağı ehtimal edilir.
Bildirilir ki, hava şəraiti dəyişməzsə, payız aylarında zeytun yağı istehsalı üçün yararlı meyvələrin azalması nəticəsində qiymətlər yenidən arta bilər.
Xədicə BAXIŞLI













