Vaşinqton daha bir ölkəni Rusiya nefti alışını azaltmağa razı SALDI

 21:40 04.08.2026     393

ABŞ Suriyanın Rusiya nefti alışını azaltmağa razı saldığı iddia edilir.

Redaktor.az xəbər verir ki, bu barədə Reuters danışıqların gedişindən xəbərdar mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ hakimiyyəti daha bir Rusiya nefti alıcısını – Suriyanı – bu məhsulun idxalını kəskin azaltmağa razı sala bilib.

Bildirilib ki, Suriyanın Rusiya neftindən imtina etməsi müqabilində əsas şərt ölkəyə qarşı tətbiq olunan ağır sanksiyalardan birinin ləğv edilməsi imkanının yaradılması olub. Söhbət Suriyanın onilliklər ərzində daxil olduğu "terrorizmi dəstəkləyən dövlət" statusundan gedir.

Bu status Suriyaya xaricdən hərbi və ikili təyinatlı məhsullar almağa imkan vermir. Məhdudiyyətlər həmçinin yüksək texnologiyalı məhsulların tədarükünə və üçüncü ölkə şirkətlərinə Suriya ilə ticarətə görə ikinci dərəcəli sanksiyaların tətbiqinə şərait yaradır.

Qeyd olunur ki, ABŞ daha əvvəl də sanksiya təhdidlərindən istifadə edərək Hindistanı Rusiya nefti alışını məhdudlaşdırmağa sövq etməyə çalışmışdı. Vaşinqtonun əsas məqsədinin Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri azaltmaq olduğu bildirilir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən