Yəmən sahillərində Hindistan yük gəmisi BATDI

 22:40 04.08.2026     576

Yəmən sahillərində Hindistana məxsus yük gəmisi hücuma məruz qalaraq batıb.

Redaktor.az xəbər verir ki, bu barədə Hindistanın gəmiçilik naziri Sarbananda Sonoval X sosial şəbəkəsində məlumat yayıb.

Nazirin sözlərinə görə, Faize Noore Oliya adlı yük gəmisi Yəmənin ərazi suları yaxınlığında hücuma məruz qaldıqdan sonra batıb.

Bildirilib ki, gəminin 14 nəfərdən ibarət ekipajı, o cümlədən 13 Hindistan vətəndaşı Yəmən Sahil Mühafizəsi tərəfindən xilas edilib.

Hazırda ekipaj üzvləri Moxa limanındadır. Hindistan hakimiyyəti gəmiyə edilən hücumu pisləyib.

Qeyd edək ki, daha əvvəl Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin xarici işlər nazirinin müavini Mustafa Əhməd Noman Bab əl-Məndəb boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün regional və beynəlxalq qüvvələrin cəlb olunmasını təklif etmişdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən