Ermənistanın bir sıra şəhər və kəndlərində işıqlar söndü
Ermənistanın beş vilayətində genişmiqyaslı elektrik kəsintisi baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə "Ermənistan Elektrik Şəbəkələri" şirkəti məlumat yayıb.
Məlumata görə, ölkənin enerji istehsalı və ötürülməsi şəbəkələrində yaranan qəza vəziyyəti nəticəsində bir sıra şəhər və kəndlərdə elektrik enerjisinin verilişi tamamilə dayanıb.
Bildirilib ki, məhdudiyyətlər Şirak, Lori, Tavuş, Araqatsotn və Ararat vilayətlərini əhatə edib.
Hazırda Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinin mütəxəssisləri, eləcə də enerji sisteminin operatoru qəzanın nəticələrini aradan qaldırmaq və elektrik təchizatını qısa müddətdə bərpa etmək üçün təcili işlər aparırlar.
Xədicə BAXIŞLI













