Çexiya bu kateqoriyadan olan ukraynalılara sığınacaq VERMƏYƏCƏK

 09:34 05.08.2026     288

Çexiya çağırış yaşında olan və hərbi öhdəliyini yerinə yetirdiyini təsdiq edən sənədləri təqdim edə bilməyən Ukrayna vətəndaşlarına sığınacaq verməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Lubomir Metnar rəhbərlik etdiyi nazirliyin rəsmi saytında yayımlanan açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, yeni qaydaların tətbiqində əsas məqsəd Çexiyanın səhiyyə və sosial müdafiə sisteminə düşən yükü azaltmaqdır. Hökumət hesab edir ki, bu məhdudiyyətlər ölkəyə gələn qaçqınların sayını onlarla faiz azaldacaq.

Lubomir Metnar qeyd edib ki, hərbi xidmət borcunu artıq yerinə yetirmiş və ya qanunvericiliyə uyğun olaraq bu öhdəlikdən azad edilmiş Ukrayna vətəndaşları üçün istisna tətbiq olunacaq.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən