Ağ Ev bu iddiaları təkzib ETDİ

 09:49 05.08.2026     253

ABŞ administrasiyası İranla müharibənin ölkənin uzaqmənzilli raket ehtiyatlarını ciddi şəkildə azaltdığı barədə yayılan məlumatları təkzib edib.

Redaktor.az xəbər verir ki, "Reuters"in məlumatına görə, ABŞ ordusu İranla beş ay davam edən münaqişə zamanı əsas uzaqmənzilli dəqiq zərbə silahlarının  hamısından istifadə edib.

Məlumata görə, ABŞ hərbi rəsmiləri raket ehtiyatlarının azalmasının gələcəkdə Çin və Rusiya kimi ölkələrlə bağlı mümkün böhranlara cavab vermək imkanlarını çətinləşdirə biləcəyindən narahatdırlar.

Lakin Ağ Ev ABŞ ordusunun hərbi əməliyyatları həyata keçirmək üçün lazımi silahlara malik olmadığı barədə iddialarla razılaşmayıb.

Administrasiya ABŞ ordusunun qarşıya qoyulan missiyaları yerinə yetirmək üçün kifayət qədər imkanlarının olduğunu bildirib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən