ABŞ Ukraynada “Patriot” raketlərinin istehsalına icazə verə bilər
ABŞ Ukraynada “Patriot” raketlərinin istehsalına lisenziya verilməsi ilə bağlı Kiyevlə danışıqları davam etdirir.
Redaktor.az bu haqda "Reuters"ə istinadla xəbər verir.
Məlumata görə, bu proses ABŞ Prezidenti Donald Trampın belə bir razılaşmaya şübhə ilə yanaşmasına baxmayaraq davam edir.
ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib ki, Vaşinqton Ukrayna ilə gələcək müdafiə əməkdaşlığı üçün bir neçə variantı nəzərdən keçirir. Onun sözlərinə görə, istənilən razılaşmada ABŞ texnologiyasının təhlükəsizliyi əsas prioritet olmalıdır.
Məlumata görə, danışıqlarda bir neçə variant müzakirə olunur. Bunlardan biri “Patriot” sisteminin bəzi komponentlərinin Ukraynada istehsal edilərək son yığım üçün Almaniyaya göndərilməsidir.
Digər variant isə Ukraynanın “Patriot” raketlərinin istehsalı ilə bağlı mövcud ABŞ-Avropa proqramına qoşulmasıdır.
Aytəkin TOFİQQIZI













