Məşqçi rus dilində danışdığına görə CƏRİMƏLƏNDİ
Ukraynada "Dinaz" futbol klubunun qapıçılar üzrə məşqçisi Vyaçeslav Boqodelov məşq zamanı rus dilindən istifadə etdiyinə görə cərimələnib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Məşqçi bildirib ki, artıq 50 ildir rus dilində danışır. Ona tətbiq olunan cərimənin məbləği 11 426 qrivna (təxminən 20,5 min rubl) təşkil edib.
Qeyd edək ki, Ukraynada 2019-cu ildən qüvvədə olan "Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında" qanun idman və təhsil sahələrində dövlət dilindən istifadəni məcburi edir. Bununla belə, qanunda qeyri-rəsmi ünsiyyət zamanı digər dillərin istifadəsinə birbaşa qadağa nəzərdə tutulmayıb.
NURİYYƏ













