Çində kimya zavodunda yanğın: 1200-dən çox sakin təxliyə edildi

 21:16 05.08.2026     372

Çində kimya zavodunda baş verən yanğın səbəbindən 1200-dən çox sakin təxliyə edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Kunmin şəhərində yerləşən kimya zavodunda baş verib. Sarı fosforun alışması nəticəsində yaranan güclü tüstü ətraf əraziyə yayıldığı üçün 1200-dən çox sakin təhlükəsizlik məqsədilə təxliyə olunub.

Bildirilir ki, yanğın təxminən 10 saat davam etdikdən sonra söndürülüb.

Hadisənin baş verdiyi Yunnan Haoming şirkəti istehsalı və digər fəaliyyətini müvəqqəti dayandırıb.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən