Böyük Britaniyanın müdafiə nazirinin Kiyevə səfərinin səbəbi AÇIQLANDI

 23:52 05.08.2026     331

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Kiyevə səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Obşestvennoye. Novosti" nəşri məlumat yayıb.

Məlumata görə, Stritinq Ukraynanın qış mövsümü ərəfəsində ehtiyaclarını daha yaxından öyrənmək və hərbi dəstəyin sürətləndirilməsi məqsədilə Kiyevə gəlib.

Səfər çərçivəsində Böyük Britaniyanın müdafiə nazirinin Ukrayna Prezidenti Volodimir Zelenski və ölkənin müdafiə naziri Yevgeni Xmara ilə görüşü planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya parlamentinin İcmalar Palatasında Ukrayna üzrə parlament qrupunun sədri Aleks Sobel Londonun Kiyevə hərbi yardımını artıracağını açıqlamışdı. Onun sözlərinə görə, Böyük Britaniya Ukraynaya Stone Cloak radioelektron maneə sistemlərinin istehsalı üçün lisenziyalar təqdim edəcək ki, bu da onların ölkə daxilində daha geniş miqyasda istehsalına imkan verəcək.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən