Vens Netanyahu ilə aralarında fikir ayrılığı olduğunu etiraf ETDİ

 09:05 06.08.2026     241

ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İsrailin Baş naziri Binyamin Netanyahu ilə bəzi məsələlərdə fikir ayrılıqlarının olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, Vens bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

O bildirib ki, ABŞ və İsrailin maraqları üst-üstə düşəndə ortaq məqsədlər naminə əməkdaşlıq edirlər. Lakin mövqeləri fərqli olduqda bunu açıq şəkildə müzakirə etdiklərini deyib.

Vens həmçinin vurğulayıb ki, Netanyahu ilə son söhbəti zamanı heç bir təzyiq hiss etməyib.

Qeyd edək ki, daha əvvəl "Axios" portalı Vens və Netanyahu arasında İran məsələsi və diplomatiya ilə bağlı fikir ayrılıqlarının şəxsi narazılığa çevrildiyini yazmışdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən