Japarov Azərbaycanla sazişdən sonra Rusiya ilə bağlı mövqeyini AÇIQLADI

 10:20 06.08.2026     339

Qırğızıstan Prezidenti Sadir Japarov Rusiyanı ölkəsinin strateji tərəfdaşı və müttəfiqi adlandırıb.

Redaktor.az xəbər verir ki, Japarov bu barədə 8-ci Qırğızıstan-Rusiya İqtisadi Forumunda çıxışı zamanı danışıb.

Məlumata görə, Qırğızıstan Prezidenti Rusiya ilə ölkəsini ortaq tarix və mədəni yaxınlığın birləşdirdiyini bildirib. O vurğulayıb ki, Bişkek Moskva ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə xüsusi önəm verir.

Qeyd edək ki, bundan əvvəl Sadir Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkə arasında müttəfiqlik münasibətlərinin qurulmasına dair saziş imzalayıb. Tərəflər enerji, nəqliyyat, kibertəhlükəsizlik və digər sahələri əhatə edən bir sıra ikitərəfli sənədlərə də imza atıblar.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən