NATO Rusiya qırıcı təyyarələrindən NARAHATDIR
NATO iyul ayında Rusiya hərbi təyyarələrinin alyansın sərhədləri yaxınlığında aktivliyinin əhəmiyyətli dərəcədə artdığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə NATO-nun Mərkəzi və Şərqi Avropadakı Birləşmiş Qüvvələr Komandanlığı (JFCBS) X sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, 2026-cı ilin iyul ayında NATO qırıcılarının Rusiya hərbi təyyarələrini müəyyənləşdirmək və müşayiət etmək üçün havaya qaldırılması halları ötən ilin eyni dövrü ilə müqayisədə 250 faiz artıb.
Komandanlıq bildirib ki, buna səbəb Rusiya hərbi təyyarələrinin dəfələrlə uçuş planı təqdim etmədən və transponderlərini aktivləşdirmədən NATO-nun hava məkanı yaxınlığında uçuşlar həyata keçirməsidir.
"NATO-nun şərq cinahı boyunca "Alpha" həyəcan siqnallarının sayı 250 faizdən çox artıb. Hər bir həyəcan siqnalı bizim ayıq-sayıq olduğumuzu, hər bir havaya qalxma isə NATO-nun hava məkanının qorunduğunu göstərir", – paylaşımda qeyd olunub.
NURİYYƏ













