Quterreş Vaşinqton və Moskvanı danışıqlara çağırdı

 21:41 06.08.2026     314

BMT Baş katibi Antonio Quterreş ABŞ, Rusiya və digər ölkələri nüvə silahlarının məhdudlaşdırılması üzrə dialoqu bərpa etməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak məlumat verib.

Onun sözlərinə görə, Quterreş Moskva və Vaşinqtonun Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində danışıqlara qayıtmasının vacibliyini vurğulayıb.

Hak bildirib ki, BMT Baş katibi ABŞ və Rusiya arasında Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (START) uzadılması ilə bağlı yaranmış problemlərdən də narahatdır.

Qeyd edək ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın nüvə silahlarının yayılmaması prinsipini dəstəklədiyini, eyni zamanda bütün ölkələrin dinc nüvə enerjisindən istifadə hüququnun təmin edilməsinin vacib olduğunu bildirmişdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən