Ukraynaya maliyyə yardımı göstərə bilmirik - Rumıniya
Rumıniya Ukraynaya maliyyə dəstəyini davam etdirə bilməyəcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bunu Rumıniyanın müxalifətdə olan "Rumınların Birləşməsi Alyansı" (AUR) partiyasının sədr müavini Dan Dungeçu Digi24 telekanalına müsahibəsində deyib.
"Rumıniyada mövcud büdcə kəsiri və iqtisadi problemləri nəzərə alsaq, Ukraynaya iqtisadi və maliyyə dəstəyi öhdəliyini üzərimizə götürə bilmərik", – deyə o bildirib.
Dungeçu vurğulayıb ki, Buxarest Avropa İttifaqının Ukraynaya yardımını əngəlləmir, lakin ölkənin mövcud maliyyə vəziyyəti belə öhdəlikləri yerinə yetirməyə imkan vermir.
Onun sözlərinə görə, Rumıniya və Ukrayna arasında qarşılıqlı maraqlara əsaslanan ticarət və iqtisadi əməkdaşlıq davam edə bilər. Siyasətçi, həmçinin Buxaresti bu məsələdə ABŞ ilə mövqelərini koordinasiya etməyə çağırıb.
Xədicə BAXIŞLI













