Köpək balığı qadına hücum ETDİ
Karib dənizində sualtı üzgüçülük edən 56 yaşlı qadın köpək balığının hücumu nəticəsində həyatını itirib.
Redaktor.az "People"yə istinadla xəbər verir ki, Arlene Lillis əri ilə birlikdə sualtı üzgüçülük edərkən çimərlikdə olanlar suda köpək balığını görüblər və cütlüyə sahilə çıxmaları üçün səsləniblər. Lakin onlar su altında olduqları üçün xəbərdarlığı eşitməyiblər.
Hadisə zamanı 56 yaşlı həkim və keçmiş xilasedici Kris Kerroll qadının köməyinə qaçıb. O, köpək balığının yenidən hücum edə biləcəyini bilsə də, tərəddüd etmədən Lillisin yanına üzüb, onun əlindən tutaraq sakitləşdirməyə çalışıb. Daha sonra digər xilasedicilərin köməyi ilə qadın sahilə çıxarılıb.
Həkimlərin səylərinə baxmayaraq, Arlene Lillisin həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Arlene Lillis və əri bu yaxınlarda nənə və baba olmuşdular. Onlar tez-tez faciənin baş verdiyi çimərlikdə istirahət edir və oranı ən sevdikləri məkanlardan biri hesab edirdilər.
Aytəkin TOFİQQIZI













