ABŞ liderinin fərqli marağı: Tramp niyə daim ot örtüyündən danışır?
ABŞ prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra qazon və ot örtükləri barədə dəfələrlə açıqlamalar verib.
Redaktor.az xəbər verir ki, "Associated Press" Trampın son dövrdə qazon mövzusuna bəzi xarici siyasət və iqtisadi məsələlərdən daha çox diqqət ayırdığını yazıb.
Məlumata görə, Tramp son bir il yarım ərzində ən azı 45 ictimai tədbirdə və müsahibədə ot örtüklərindən danışıb. Bu isə orta hesabla hər 12 gündə bir dəfə deməkdir.
ABŞ lideri bir müsahibəsində qazonların qorunması ilə bağlı fikirlərini bölüşərək bildirib ki, bəzi insanlar otların olduğu kimi saxlanılmasını istəsələr də, bunun həmişə mümkün olmadığını düşünür.
Tramp daha sonra bu mövzuya bir neçə dəfə qayıdıb və hərbçi ailələri ilə görüşlərin birində "ot insanlar kimidir – onun həyatı var" ifadəsini işlədib.
AP qeyd edir ki, Trampın qazonlara marağı onun daşınmaz əmlak biznesindəki keçmişi, tikinti layihələri, qolf sevgisi və Ağ Evin ərazisində aparılan dəyişikliklərlə əlaqələndirilir.
ABŞ prezidentinin administrasiyası isə Trampın qazonlara xüsusi marağı ilə bağlı şərh verməkdən imtina edib.
Aytəkin TOFİQQIZI













