ABŞ güzəştlərə getməli olacaq
ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının gəmiçilik üçün yenidən açılması məqsədilə İranla razılığa gəlmək üçün bəzi güzəştlərə getməli ola biləcəyi bildirilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" mənbələrə istinadla məlumat verib.
Məlumata görə, mümkün güzəştlər Tramp üçün siyasi baxımdan çətin vəziyyət yarada bilər. Çünki ABŞ prezidenti daha əvvəl belə addımları zəiflik kimi qiymətləndirib.
Ekspertlər hesab edir ki, Tramp güzəştə getsə, bu, onun imicinə, xüsusilə də aralıq Konqres seçkiləri öncəsi təsir göstərə bilər.
Aytəkin TOFİQQIZI













