Krımda hərbi aerodromda güclü yanğın baş verdi

 11:47 07.08.2026     184

Avqustun 7-nə keçən gecə Rusiyanın ilhaq etdiyi Krım yarımadasındakı "Qvardeyskoye" hərbi aerodromunda bir neçə güclü partlayışdan sonra böyük yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” "Krımski Veter" teleqram kanalına istinadən məlumat yayıb.

Məlumata görə, aerodrom ərazisində eyni vaxtda iki yanğın ocağı qeydə alınıb.

Son məlumata əsasən, obyektin ərazisində yanacaq-sürtkü materialları anbarı yanır. Ərazidə sursatların detonasiyası da davam edir.

Qeyd olunur ki, Rusiya ordusu bu aerodromdan zərbə pilotsuz uçuş aparatlarını buraxmaq üçün istifadə edir.

Vumart və Güvən reklamı Vumart Güvən