Bu 3 ölkədən birinə hücum hamısına edilmiş sayılacaq - Tarixi saziş - FOTO
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında "Məkkə sazişi" adlandırılan üçtərəfli müdafiə sazişi imzalanıb.
Redaktor.az xəbər verir ki, sazişin imzalanma mərasimi Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutub.
Məlumata görə, sənəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına birgünlük işgüzar səfəri çərçivəsində imzalanıb. Səfər zamanı Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə də görüş keçirib.
Bildirilib ki, "Məkkə sazişi"nə əsasən, alyans üzvlərindən birinə edilən hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndiriləcək və tərəflər qarşılıqlı müdafiə prinsipi əsasında hərəkət edəcəklər.
Qeyd olunub ki, sazişin əsas məqsədi üç dövlətin ərazi təhlükəsizliyini və müdafiə sahəsində əməkdaşlığını gücləndirməkdir. Eyni zamanda vurğulanıb ki, bu tərəfdaşlıq hər hansı təcavüzkar hərbi blokun yaradılmasına yönəlməyib və regional sabitliyin qorunmasına xidmət edir.

















