Ukrayna dəniz dronları Yaltadakı limana hücum ETDİ

 15:34 07.08.2026     292

Ukrayna dəniz pilotsuz aparatları Yalta şəhərinin liman zonasına hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Crimean Wind” teleqram kanalı və bir sıra monitorinq resursları məlumat yayıb.

Məlumata görə, hücumdan sonra yerli administrasiya Yaltanın tüstüyə bürünmüş mərkəzi sahilboyu gəzinti zonasının təxliyəsinə göstəriş verib. Bildirilir ki, çimərliklərdə istirahət edən turistlər və yerli sakinlərə ərazini tərk etməyə və sığınacaqlara enməyə çağırış olunub.

Hadisə nəticəsində dəyən ziyan və ya itkilər barədə rəsmi məlumat açıqlanmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən