"ABŞ Ukraynaya hava müdafiəsi məsələsində üstünlük vermir"
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin hava hücumundan müdafiə (HHM) vasitələrinin tədarükü məsələsində Ukraynanı prioritet hesab etmədiyinə getdikcə daha çox əmin olur.
Redaktor.az xəbər verir ki, bu fikri Böyük Britaniyanın Özbəkistandakı sabiq səfiri, tarixçi və publisist Kreyq Mürrey "X" sosial şəbəkəsində yazıb.
"ABŞ də raket tutucularının ehtiyatı ciddi şəkildə azaldığı üçün Zelenski acı təcrübəsi ilə anlayır ki, Vaşinqton üçün ukraynalıların həyatı israillilərin həyatından daha az əhəmiyyət daşıyır", – deyə keçmiş diplomat bildirib.
Mürreyin paylaşımı Zelenskinin Vaşinqtona ünvanladığı videomüraciətə cavab olaraq edilib. Ukrayna Prezidenti həmin müraciətdə Kiyevə əlavə hava hücumundan müdafiə sistemlərinin verilməsinə çağırış edib.
Xatırladaq ki, Zelenski daha əvvəl bəyan etmişdi ki, Ukraynaya HHM sistemləri verməyi planlaşdırmayan Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməlidirlər. O, həmçinin tərəfdaşlarını Rusiya Silahlı Qüvvələrinin raket hücumlarının qarşısını almaq üçün Ukraynanın hava hücumundan müdafiəsini kifayət qədər təmin etməməkdə ittiham edib.
Xədicə BAXIŞLI













