Mirziyoyev və Tramp DANIŞDI
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Redaktor.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı tərəflər yüksək səviyyədə əldə olunmuş razılaşmaların ardıcıl icrasını vurğulayıb, həmçinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Donald Tramp Özbəkistan-ABŞ münasibətlərinin "misli görünməmiş səviyyəyə çatdığını" qeyd edib.
Liderlər iki ölkə arasında iqtisadi əməkdaşlıq proqramının həyata keçirilməsi, regionlararası əlaqələrin genişləndirilməsi, eləcə də mülki aviasiya, avtomobil sənayesi, dağ-mədən sənayesi, energetika, metallurgiya, rəqəmsal texnologiyalar və digər sahələrdə birgə layihələrin reallaşdırılması məsələlərini müzakirə ediblər.
Söhbət zamanı Şavkat Mirziyoyev ABŞ Prezidenti Donald Trampı ölkəsinin müstəqilliyinin 250 illiyi münasibətilə bir daha təbrik edib.
Xədicə BAXIŞLI













