"Zelenskinin Serbiyaya səfəri Aİ-nin "qisasıdır""

 20:58 07.08.2026     237

Ukrayna Prezidenti Volodimir Zelenskinin Serbiyaya səfəri Avropa İttifaqının (Aİ) Belqrada göstərdiyi təzyiqin nəticəsidir.

Redaktor.az xəbər verir ki, bu barədə Serbiyanın keçmiş baş nazirinin müavini və "Sosialist Hərəkatı" Partiyasının təsisçisi Aleksandar Vulin bildirib.

Onun sözlərinə görə, Zelenskinin səfəri nə Serbiya vətəndaşlarının istəyi, nə də ölkə rəhbərliyinin ehtiyacından irəli gəlir.

"Bu səfər Aİ-nin təzyiqi və Serbiyanın iyulda keçirilən "Ukrayna – Cənub-Şərqi Avropa" sammitində Rusiyaya qarşı bəyannaməni imzalamadığı üçün göstərilən "qisasın" nəticəsidir", – deyə Vulin bildirib.

Siyasətçi hesab edir ki, Zelenskinin səfəri zamanı Serbiya Kiyevə açıq şəkildə bəyan etməlidir ki, Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməyəcək və Rusiyaya qarşı hər hansı koalisiyanın tərkibinə qoşulmayacaq.

Vulin əlavə edib ki, Ukraynanın Kosovonu tanımaması Serbiyanı Ukraynanın mövqeyini dəstəkləməyə məcbur etmir.

Keçmiş vitse-premyer həmçinin vurğulayıb ki, Serbiya Ukraynaya və ya sonradan serb sursatlarını "rus qardaşlarının düşmənlərinə" ötürə biləcək hər hansı ölkəyə bir dənə də olsun patron göndərməməlidir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən