Ukrayna Krıma PUA-larla hücum etməyə cəhd göstərib - Rusiya MN
Ukrayna Silahlı Qüvvələri Krım yarımadasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməyə cəhd göstərib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, Ukraynaya məxsus PUA-lar Belqorod, Bryansk, Voronej və Kursk vilayətləri, həmçinin Azov və Qara dənizlərin akvatoriyası üzərində də vurulub.
Bildirilib ki, hücum cəhdləri Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək həyata keçirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, ümumilikdə hava hücumundan müdafiə (HHM) vasitələri 75 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Xədicə BAXIŞLI













