Türkiyədə su xətti tunelində uçqun: ölən var

 16:38 08.08.2026     309

Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda içməli su layihəsinin tunel xəttində uçqun olub.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İlkin məlumata görə, uçqunun altında qalan 5 işçidən 1-i həyatını itirib, 1-i isə yaralanıb.

Əraziyə tibbi briqada və polis əməkdaşları cəlb olunub.

Vumart və Güvən reklamı Vumart Güvən