Xəzərin hüquqi statusu haqqında Konvensiya... - Əraqçi

 17:43 08.08.2026     245

İran xarici işlər naziri Abbas Əraqçi Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın parlamentə təqdim olunması ilə bağlı da danışıb.

Redaktor.az xəbər verir ki, Əraqçi Konvensiyanın 2019-cu ildə əvvəlki hökumət tərəfindən qərar verilməsi üçün parlamentə göndərildiyini deyib.

Onun sözlərinə görə, Xəzəryanı digər 4 ölkə artıq bu Konvensiyanı qəbul edib və İranın da onu qəbul etməsi İran parlamentinin təsdiqindən asılıdır.

Əraqçi sonda deyib ki, Rusiya kimi ölkələr Konvensiyanın sürətlə icrasını istəyir və bu sənədin əsas xüsusiyyətlərindən biri də Xəzər dənizində heç bir xarici hərbi qüvvənin olmayacaq./APA

Vumart və Güvən reklamı Vumart Güvən