Baydenin səhhəti pisləşdi

 21:49 08.08.2026     311

ABŞ-nin sabiq prezidenti Co Baydenin səhhətinin son dövrlərdə daha da ağırlaşdığı bildirilir.

Redaktor.az xəbər verir ki, barədə onun oğlu Hanter Bayden “BBC News”a müsahibəsində danışıb. O, atasının xəstəliyinin ailə üçün olduqca çətin və ağrılı proses olduğunu vurğulayıb.

Hanter Baydenin sözlərinə görə, xərçəng xəstəliyinin ağırlaşması ailə üzvləri üçün vəziyyəti izləməyi son dərəcə çətinləşdirib.

Məlumata əsasən, Baydenə diaqnoz qoyulan prostat xərçəngi artıq sümüklər də daxil olmaqla digər orqanlara metastaz verib.

Qeyd edək ki, 83 yaşlı Co Bayden 2025-ci ilin mayında aqressiv prostat xərçəngindən əziyyət çəkdiyini açıqlamışdı. Sonrakı aylarda onun xərçəng hüceyrələrinin aradan qaldırılması məqsədilə tibbi müdaxilə keçirdiyi bildirilmişdi.

Co Bayden 2021-2025-ci illərdə ABŞ prezidenti olub. O, prezident seçildiyi zaman ölkə tarixində bu vəzifəyə seçilən ən yaşlı şəxs kimi tarixə düşüb.

Vumart və Güvən reklamı Vumart Güvən