“Ukrayna Donbası tərk edən deyil” - Zelenski

 23:00 08.08.2026     1814

“Ukrayna Donbası elə-belə tərk etmək niyyətində deyil”.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında bildirib.

"Heç kim öz dövlətini, öz insanlarını qoyub elə-belə çıxıb getməyəcək", — deyə Ukrayna lideri vurğulayıb.

Bundan əlavə, UNİAN agentliyinin yaydığı məlumata görə, Zelenski hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın Rusiya ilə mümkün yeni münaqişə halı üçün ABŞ-dən güclü təhlükəsizlik zəmanətləri alacağını qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən