Daha bir qonşu ölkədə zəlzələ OLDU

 10:58 09.08.2026     363

Bu gün İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində 4 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim News" məlumat yayıb.

Məlumata görə, Həftkel və İze şəhərləri ətrafında qeydə alınan zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin əyalətin müxtəlif ərazilərində hiss edildiyi bildirilib.

Hazırda təbiət hadisəsi nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil. 

Vumart və Güvən reklamı Vumart Güvən