Xarkovda 10 mərtəbəli yaşayış binası VURULDU
Ukraynanın Xarkov şəhərində 10 mərtəbəli yaşayış binasına PUA zərbəsi endirilib.
Redaktor.az xəbər verir ki, hücum nəticəsində binanın 7-ci mərtəbəsindən 10-cu mərtəbəsinədək olan hissəsi dağılıb.
Daha sonra yaxınlıqdakı digər çoxmərtəbəli binaya da zərbə endirilib.
Son məlumata görə, 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Yaralılardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Xilasedicilər yanan və tüstülənən mənzillərdən 12 nəfəri təxliyə ediblər. Dağıntılar altında insanların qaldığı bildirilir.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.













