“Razılaşma olsa da, olmasa da İranın nüvə silahı olmayacaq” - Netanyahu

 18:00 09.08.2026     224

İsrailin Baş naziri Binyamin Netanyahu İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini bildirib.

Redaktor.az xəbər verir ki, Netanyahu bunu hökumətin iclasında deyib. 

“Bir daha vurğulamaq istəyirəm: razılaşma olsa da, olmasa da, mən Baş nazir olduğum müddətdə İranın nüvə silahı olmayacaq”, - Netanyahu bildirib.

İsrailin Baş naziri bu mövqeyin İranla bağlı diplomatik danışıqların nəticəsindən asılı olmadığını vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən