Ukraynada Rusiya ordusunun raket zərbələrində “fasilə” olmayacağı BİLDİRİLDİ
Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə raket zərbələrində fasilə verməyəcəyi və hücumların intensivliyinin hazırkı səviyyədə qalacağı açıqlanıb.
Redaktor.az xəbər verir ki, “RBK-Ukrayna”nın məlumatına görə, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) rəis müavini Vadim Skibitski bildirib.
Onun sözlərinə görə, Rusiya ordusu eyni hədəfə yönəldilən raketlərin sayını azalda bilər, lakin raket zərbələrində tam fasilənin olması ehtimalı azdır.
“Hazırda onların prioritetində müəyyən hədəflərin məhv edilməsi dayanır. Daha sonra isə diqqətlərini digər hədəflərə yönəldəcəklər”, – Skibitski qeyd edib.
GUR rəisinin müavini bildirib ki, Ukrayna kəşfiyyatının əsas vəzifəsi Rusiyanın planlarını pozmaq, qabaqlayıcı tədbirlər görmək və qarşı tərəfə mümkün qədər çox itki verməkdir.
NURİYYƏ













