Gözəllik kraliçası irqçi paylaşımlarına görə titulundan məhrum EDİLDİ

 10:23 10.08.2026     290

ABŞ-də “Miss Şimali Karolina 2026” gözəllik müsabiqəsinin qalibi Britani Boltinqhaus titulundan məhrum edilib.

Redaktor.az bu haqda "Daily Mail"ə istinadla məlumat verir.

27 yaşlı Boltinqhaus iyun ayında müsabiqənin qalibi olmuş və “Miss ABŞ” yarışında Şimali Karolinanı təmsil etməli idi. O, ştatın ilk evli “Miss ABŞ” qalibi, həmçinin Honduras əsilli ilk qalibi olub.

Lakin avqustun əvvəlində onun 2017-2019-cu illərdə sosial mediada afroamerikalılara qarşı irqçi ifadələr paylaşdığı barədə məlumatlar yayılıb. Bundan sonra “Miss USA” təşkilatı Boltinqhausun titulunun ləğv edildiyini açıqlayıb.

Onu müsabiqədə ikinci yeri tutan Mayl Hedli əvəz edəcək.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən