"Ukrayna Xəzərdə gəmiyə hücum zamanı İrana vurduğu ziyanı ödəməlidir" - Bəqai

 16:09 10.08.2026     216

Ukrayna Xəzər dənizində gəmiyə hücum zamanı İrana vurduğu ziyanı könüllü şəkildə ödəməlidir. Əks təqdirdə, buna özümüz nail olacağıq.

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

İran XİN sözçüsü qeyd edib ki, Ukrayna rəsmilərinin etirafından sonra dəymiş zərər mütləq şəkildə kompensasiya edilməlidir: “Hələ də bildiririk ki, Ukrayna tərəfinin bu hadisənin təsadüfən baş verdiyinə dair iddiaları bizi inandırmadı. Biz onların izahatlarını dinlədik, lakin Ukrayna tərəfinin bəyanatlarına əsasən, onlar dəymiş ziyanı ödəməyə borcludurlar”.

Vumart və Güvən reklamı Vumart Güvən