Tayfun 1 milyondan çox insanı evindən ETDİ
"Delfin" tayfunu Çinin Çjetszyan əyalətinə çatıb. Fırtına səbəbindən bir milyondan çox insan təxliyə edilib.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bu il Çini vuran ən güclü tropik "Delfin" tayfunu bazar günü ölkənin şərq sahillərinə çatıb, leysan yağış və güclü küləklərlə yanaşı, daşqın və torpaq sürüşmələrinə səbəb olub.
Tayfun artıq Yaponiyanın cənubundakı Okinava prefekturasını bürüyüb, altı nəfər xəsarət alıb və 50 mindən çox bina elektrik enerjisiz qalıb.
Fəlakət nəticəsində bir milyondan çox insan evlərindən təxliyə edilib. Ölkənin şərqindəki nəqliyyat xidmətləri fasilələrlə işləyir. Tayfun sahilə çatmazdan əvvəl belə, hakimiyyət orqanları dəniz platformalarındakı işçiləri təhlükəsiz yerə təxliyə edib və gəmilərin limanlara qayıtmasını əmr edib.













