Meşə yanğını səbəbindən 500-ə yaxın insan təxliyə EDİLDİ
İspaniyanın Əndəlüs muxtar bölgəsində baş verən meşə yanğını səbəbilə 474 nəfər təxliyə edilib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
İspaniyanın regional hökumətinin məlumatına görə, təxliyə edilən şəxslərdən 27-si Qırmızı Xaç və mülki müdafiə xidmətinin nəzarəti altında bələdiyyə teatrında yerləşdirilib. Digər şəxslər isə təhlükəsiz ərazilərdəki evlərinə və ya qohumlarının yanına gediblər.
Yanğının söndürülməsi üçün müxtəlif qurumların 605 əməkdaşı cəlb olunub.
NURİYYƏ













