Pezeşkian Xamenei ilə görüşdü

 18:58 10.08.2026     232

İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei ilə görüşünü şərh edib.

Redaktor.az xəbər verir ki, Məsud Pezeşkian İranın dövlət televiziyasına müsahibəsində Müctəba Xamenei ilə keçirdiyi görüşü müsbət və məhsuldar adlandırıb.

Pezeşkianın sözlərinə görə, görüş çox yaxşı keçib və təxminən 77 saat davam edib.

O qeyd edib ki, bu müddətdə İrana aid demək olar bütün məsələlər müzakirə olunub. İran Prezidenti görüşdə əsas müzakirə mövzularının insanların dolanışığı, məşğulluğu və mənzil təminatı olduğunu vurğulayıb: “Biz, həmçinin, sanksiyaların yaratdığı problemləri müzakirə etdik. Hökumətin və millətin mövqeyi, xalqın dəstəyi, birlik və həmrəylik bu görüşdə ətraflı müzakirə edilən digər məsələlər idi”.

Pezeşkian əlavə edib ki, Ali Rəhbərin ən mühüm tövsiyəsi ölkə daxilində “birlik və həmrəylik” olub.

İran Prezidenti vurğulayıb ki, mövcud şəraitdə birlikdən vacib heç nə yoxdur, çünki “düşmənin əsas məqsədlərindən biri ölkə daxilində ixtilaf yaratmaqdır”.

Vumart və Güvən reklamı Vumart Güvən