79 yaşlı müğənni üzgərmə əməliyyatından sonra - FOTO
79 yaşlı müğənni Sofiya Rotarunun yeni görüntüləri sosial şəbəkələrdə diqqət çəkib. Sənətçinin yaşına nisbətən gənc görünməsi müzakirələrə səbəb olub.
Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı “Gazeta.Ru”ya danışan plastik cərrah Mədinə Osman Rotarunun endoskopik üz gərmə əməliyyatı etdirmiş ola biləcəyini bildirib.
Onun sözlərinə görə, sənətçi özünə yaxşı qulluq edir və son görüntülərdə dərisinin vəziyyətinin yaxşı olduğu nəzərə çarpır. Bununla yanaşı, mütəxəssis fotoların retuş edilmiş ola biləcəyini də istisna etməyib.
“Fotoya əsasən onun nə boynunda, nə də üzündə qırış görünür. Buradan platizmoplastika və dairəvi üz gərmə əməliyyatının aparıldığı qənaətinə gəlmək olar. Lakin onun artıq yaşlı olması nəzərə alınmalıdır. Çox güman ki, görünüşünün yaxşılaşdırılması mərhələli şəkildə həyata keçirilib. Dərinin keyfiyyətinin yaxşı olduğu görünür. Ehtimal ki, aparat texnologiyalarından da istifadə olunub. Bu yaşda radikal əməliyyatlar adətən həyata keçirilmir. Buna görə də ən müasir aparat texnologiyaları və daha az travmatik olan endoskopik üz gərmə üsulu tətbiq edilmiş ola bilər”, – deyə cərrah bildirib.
NURİYYƏ














