Müctəba Xamenei İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisini təyin ETDİ
İranın ali dini lideri Müctəba Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Abdollahini ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Müctəba Xamenei bundan əvvəl İran Prezidenti Məsud Pezeşkianla üç ay ərzində ilk görüşünü keçirib. Ayətullahın ofisindən verilən məlumata görə, görüş zamanı əhalinin ehtiyaclarının təmin edilməsi, ABŞ ilə davam edən münaqişə və onun perspektivləri, eləcə də xarici tərəfdaşlarla iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüş Məsud Pezeşkianın prezident vəzifəsində fəaliyyətinin ikinci ilinin başa çatması münasibətilə keçirilib.
Müctəba Xamenei martın əvvəlində atasının – Əli Xameneinin fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının ilk günündə öldürülməsindən sonra ölkənin ali dini lideri olub.
Təhlükəsizlik səbəbilə Əli Xameneinin dəfn mərasimi bir neçə ay təxirə salınıb. Vida mərasimi iyulun 9-da İranın Məşhəd şəhərində yerləşən İmam Rza məqbərəsinin ərazisində keçirilib.
Xədicə BAXIŞLI













