Ukrayna Rusiyada neft-kimya kompleksinə zərbə ENDİRDİ

 20:43 10.08.2026     204

Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərində yerləşən "ZapSibNeftexim" neft-kimya kompleksinə zərbə endirib. Məlumata görə, PUA-lar hədəfə çatmaq üçün 2 000 kilometrdən çox məsafə qət edib.

Redaktor.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, məlumatı Ukrayna Xüsusi Əməliyyat Qüvvələri yayıb.

Ukrayna tərəfinin məlumatına görə, zərbədən sonra kompleksin ərazisində yanğınlar və dağıntılar qeydə alınıb.

"ZapSibNeftexim" Rusiyanın ən iri neft-kimya komplekslərindən və ölkənin kimya sənayesinin strateji müəssisələrindən biri hesab olunur.

Tobolskdakı kompleks müxtəlif sənaye məhsullarının istehsalında istifadə olunan əsas xammal növlərini istehsal edir. Bu məhsulların bir hissəsinin Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli istehsal sahələrində istifadə olunduğu bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən