Türkiyə ABŞ-nin Ukraynaya silah ötürmə planından xəbərsizdir - KİV

 20:49 10.08.2026     217

Ankara ABŞ-nin Ukraynaya silahları Türkiyə üzərindən göndərmək planından xəbərsiz olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə xarici media Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

“ABŞ Dövlət Departamentinin bu istiqamətdə hər hansı planı barədə məlumatımız yoxdur. Məsələni birbaşa ABŞ tərəfinə ünvanlamaq daha məqsədəuyğundur”, – deyə mənbə bildirib.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin Ukraynaya MLRS yaylım atəş sistemləri və ATACMS ballistik raketləri də daxil olmaqla silah sistemlərinin tədarükü ilə bağlı Konqresə məlumat verdiyi bildirilmişdi. Bu barədə ABŞ Konqresinin rəsmi sənədlərində məlumat yer alıb.

Rusiya Ukraynaya silah tədarükünün əleyhinə çıxır və dəfələrlə bildirib ki, bu cür yardımlar münaqişənin nizamlanmasına mane olur və NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, istənilən hərbi yük Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcək.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən