ABŞ generalı Ukraynaya silah tədarükünə nəzarət EDƏCƏK

 23:33 10.08.2026     199

ABŞ generalı Ukraynaya silah tədarükünə nəzarət edəcək

Redaktor.az xəbər verir ki, briqada generalı Con Mauntford Ukraynaya silah tədarükünə və NATO-nun şərq cinahında ABŞ qoşunlarının fəaliyyətinə müvəqqəti nəzarətçi təyin edilib. O, vəzifəsindən kənarlaşdırılan general-leytenant Çarlz Kostanzanı əvəz edib. Bu barədə ABŞ Quru Qoşunlarının nümayəndəsi “RİA Novosti”yə bildirib.

“Bütün digər nəşrlərdə yer alan açıqlama doğrudur”, - deyə ABŞ Quru Qoşunlarının nümayəndəsi Rusiya agentliyinin sorğusuna cavabında bildirib.

Mauntfordun təyinatı ABŞ Quru Qoşunlarının Avropadakı 5-ci Korpusunda aparılan kadr dəyişiklikləri fonunda baş verib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən