Qara dəniz sahillərində PUA-ya bənzər obyekt aşkarlandı

 02:44 11.08.2026     213

Türkiyənin Düzcə vilayətinin Akçakoca rayonunda sahilə PUA-ya bənzər naməlum obyekt çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Obyektin vətəndaşlar tərəfindən aşkarlandığı, daha sonra hüquq mühafizə orqanlarına xəbər verildiyi bildirilir.

Əraziyə Sahil Mühafizə və polis əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri görülüb və sahildəki vətəndaşlar ərazidən uzaqlaşdırılıb.

Sahilə çıxan obyektin mənşəyinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb.

Vumart və Güvən reklamı Vumart Güvən