İranın ABŞ-yə hücumlarının vurduğu zərərin məbləği AÇIQLANDI
İranın ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə həyata keçirdiyi hücumlar nəticəsində Vaşinqtona milyardlarla dollar zərər dəydiyi bildirilir.
Redaktor.az xəbər verir ki, “Wall Street Journal”ın (WSJ) məlumatına görə, İranın hücumlarının ABŞ-yə vurduğu ümumi zərərin təxminən 13 milyard dollar olduğu təxmin edilir.
Qəzetin yazdığına görə, bu ilin fevralında Yaxın Şərqdə münaqişənin başlamasından sonra Tehran ABŞ-ın hərbi bazalarına 2 mindən çox raket və pilotsuz uçuş aparatı ilə hücum edib.
Hücumlar nəticəsində ABŞ ordusunun səkkiz ölkədə istifadə etdiyi ən azı 20 hərbi obyektə ziyan dəyib.
Analitiklərin hesablamalarına əsasən, İran qüvvələri 42-dən çox ABŞ hərbi təyyarəsinə zərər vurub və ya onları məhv edib. Zədələnən və məhv edilən təyyarələrin bir qisminin ABŞ-nin hava bazalarında yerləşdiyi qeyd olunur.
Aytəkin TOFİQQIZI













