Təhsil proqramları müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır - Putin
Rusiyada məktəb proqramlarının sürətli texnoloji inkişaf nəzərə alınmaqla yenilənməsi təklif olunur.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib. O qeyd edib ki, təhsil proqramları müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır.
Rusiya Prezidentinin sözlərinə görə, texnologiyaların sürətli inkişafı təhsil proqramlarının da mütəmadi şəkildə yenilənməsini zəruri edir.
Aytəkin TOFİQQIZI













