Lukaşenkonun rəqibi vəfat ETDİ

 14:16 11.08.2026     214

Belarusun müxalif siyasətçisi Aleksandr Milinkeviç 79 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə siyasətçinin yaxınları sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilib ki, Milinkeviç uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Onun həyat yoldaşı, iki oğlu və nəvəsi qalıb.

Aleksandr Milinkeviç 25 iyul 1947-ci ildə Belarusun Qrodno şəhərində anadan olub. O, 2000-ci illərin ortalarında Belarusda bir sıra müxalifət hərəkatları yaradıb.

Milinkeviç 2006-cı ildə müxalifətin namizədi kimi prezident seçkilərində iştirak edib. O, seçicilərin 6,12 faizinin səsini toplayaraq hazırkı dövlət başçısı Aleksandr Lukaşenkoya uduzub.

2010-cu il prezident seçkiləri ərəfəsində Milinkeviç yenidən namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. Lakin daha sonra müxalifət daxilində birlik olmamasını və ölkənin seçki qanunvericiliyinin təkmil olmamasını əsas gətirərək namizədliyini geri götürüb.

Siyasi fəaliyyətindən əlavə, Milinkeviç tarixçi və diyarşünas kimi də fəaliyyət göstərib. O, 10 il ərzində Qrodno televiziyasında tarixə həsr olunmuş veriliş aparıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən