“Mən İranın bankiriyəm” - Tramp

 16:36 11.08.2026     247

ABŞ Prezidenti Donald Tramp İranın iqtisadi vəziyyətinin ağır olduğunu və Vaşinqtonun Tehranın maliyyə resurslarına nəzarət etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Real America’s Voice” radiostansiyasına müsahibəsində danışıb.

“Biz onların sahib olduğu pullara nəzarət edirik. Böyük məbləğdən söhbət gedir. Mən onların bankiriyəm”, – deyə ABŞ Prezidenti bildirib.

Trampın sözlərinə görə, İranda iqtisadi vəziyyət olduqca pisdir. O, Vaşinqtonun Tehrana qarşı təzyiqlərinin nəticəsində İran əsgərlərinin maaş ala bilmədikləri üçün ordudan getdiyini iddia edib.

ABŞ Prezidenti həmçinin İranda inflyasiyanın 300 faizə çatdığını və milli valyutanın demək olar ki, dəyərsizləşdiyini söyləyib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən