Heç kim İranın belə müqavimətini düşünmürdü - Əraqçı
Digər ölkələrin rəsmiləri İranın müqavimətini təəccüblə qarşıladıqlarını bildiriblər.
Redaktor.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçı deyib.
“Mən bunu dəfələrlə xarici işlər nazirlərindən və digər ölkələrin rəsmilərindən eşitmişəm: “Siz iranlılar möcüzə yaratdınız, bütün dünyanı təəccübləndirdiniz”. Heç kim İranın ABŞ-a bu şəkildə müqavimət göstərə biləcəyini düşünmürdü”, - Əraqçı bildirib.













