Macarıstan parlamenti ölkəyə yeni prezident SEÇDİ
Macarıstan parlamenti Andraş Bakunu ölkə prezidenti seçib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə qanunverici orqanın iclasının yayımı zamanı məlumat verilib.
Məlumata görə, parlamentdə keçirilən gizli səsvermə zamanı Ali Məhkəmənin keçmiş sədri Andraş Bakunun namizədliyini 140 deputat dəstəkləyib, 6 deputat əleyhinə səs verib, 53 deputat isə səsvermədə iştirak etməyib.
Prezident seçilməsi üçün 199 deputatdan üçdə ikisinin səsini toplamaq tələb olunurdu.
Andraş Baku parlamentdə konstitusiya çoxluğuna malik “Tisa” partiyası tərəfindən prezidentliyə namizəd göstərilib.
Yeni prezident avqustun 19-da vəzifəsinin icrasına başlayacaq.
NURİYYƏ













